Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 09:21
Bakı. Trend:
Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Lənkəran gəncləri də qoşulublar.
Trend-in məlumatına görə, qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparan, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradan gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər.
Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #könüllüqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin