Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MHP: Türkiyə 20 Yanvar faciəsinin qurbanlarını unutmayıb

MHP: Türkiyə 20 Yanvar faciəsinin qurbanlarını unutmayıb

Tarix: 20 Yanvar 2020 13:12

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə 20 Yanvar faciəsinin qurbanlarını unutmur.

Trend-in məlumatına görə, bu barədə Millətçi Hərəkat Partiyasının (MHP) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Türkiyə həmişəki kimi Azərbaycanı dəstəkləyəcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyə Yanvar faciəsinin qurbanlarını unutmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ