Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 18:20
"İnsan minnətdar olmağı bacarmalıdır. Sənə qarşı jest olursa, buna müsbət baxmaq lazımdır. Əgər sən tərəfdən təbrik gələrsə, müsbət münasibət göstərmək mənim borcumdur".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva küsülü olduğu həmkarı Aygün Kazımovanın ünvanına deyib. Müğənni fəxri ad alan zaman onu təbrik edən Kazımovanın jestinə müsbət cavab verib.
Ağayeva "ATV maqazin onlarla"ya açıqlamasında Kazımovaya təşəkkür edib:
"Üzümü çevirmək, təbriki qəbul etməmək yanlışdır. Mən ona ancaq minnətdaram. Biz sənətdə dostluq etməliyik. Buna ehtiyacımız var. Dava etmək hər zaman olur.
Yaradıcı anlamda niyə hər zaman bərabər ola bilmirik? Bir-birimizin uğuruna sevinirik, amma bunu niyə səhnəyə gətirmirik? Sənət dostluğu təkcə evdə olmamalıdır. Duet, birlikdə konsertlər olmalıdır".
Qeyd edək ki, Tünzalə tədbirlərin birində Aygünə "salam" verməmiş, ifaçılar küsmüşdü. Tünzalə "Xalq artisti" fəxri adını alanda Kazımova onu sosial şəbəkədə təbrik etmişdi.