Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 11:21
Bakı. Trend:
ABŞ bu günədək Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar investisiya yerləşdirib.
Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Bakıda Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq komissiyasının iclasında deyib.
Nazir bildirib ki, Azərbaycan öz növbəsində ABŞ iqtisadiyyatına 8,2 milyard dollar investisiya qoyub:
“Bugünkü iclasın əsas mövzuları ticarət, investisiyalar, kənd təsərrüfatı, turizm, tranit, logistika və əqli mülkiyyətdir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin