Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 09:36
Bakı. Trend:
Bu gün 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Afət Həsənova Əmircan qəsəbəsində yerləşən şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb.
Trend-in məlumatına əsasən, onların real problemləri ilə tanış olan və narahatlıq doğuran məsələləri birbaşa özlərindən dinləyən Afət Həsənova səsləndirilən məsələləri nəzarətə götürərək həlli məqsədi ilə əlindən gələni əsirgəməyəcəyini bildirib.
Daha sonra şəhidin təmirə ehtiyacı olan bulaq kompleksini ziyarət edən Afət Həsənova qısa zamanda bu kompleksin bərpa edilməsini öz üzərinə götürüb.
Görüş iştirakçıları Afət Həsənovaya bir qadın kimi etimad göstərdiklərini, 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə onu dəstəkləyəcəklərini bildirdilər.
Bu gün, həmçinin 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasından Milli Məclisə deputatlığa namizəd Afət Həsənovanın vəkili Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dossenti Cəlil Xəlilov Əmircan qəsəbəsi Hasil Bayramov küçəsi 63 nömrəli evin yaxınlığında seçicilərlə görüşdü.
Səmimi keçən görüşdə seçicilərin sualları cavablandırıldı, təklif və problemlərinin qeydiyyatı aparıldı. Cəlil Xəlilov hər bir seçicini 9 fevral Milli Məclisə seçkilərdə aktiv olmağa çağırdı. Daha sonra o, Afət Həsənova haqqında görüş iştirakçılarına məlumat verərək, onun hər zaman vətəndaşın yanında dayandığını vurğuladı.
Seçicilər yekdilliklə Afət Həsənovanı dəstəklədikərini bildirdilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin