Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO)

Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO)

Tarix: 22 Yanvar 2020 20:18

Bakı. Trend:

Ağstafada 6 ədəd F-1 əl qumbarası (2 ədədi boş), 3 240 ədəd 5.45 mm-lik təlim məqsədli patronlar və 1 ədəd tir tüfəngi (TOZ-8) aşkar olunub,

Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bu gün saat 11:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində 2 ədəd şübhəli bağlamanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd F-1 əl qumbarası (2 ədədi boş), 3 240 ədəd 5.45 mm-lik təlim məqsədli patronlar və 1 ədəd tir tüfəngi (TOZ-8) aşkar olunub, tüfəng Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib, hərbi təyinatlı əşyalar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO) Ağstafada 6 qumbara, 3240 patron tapılıb (FOTO)


Etiketlər:  Ağstafada 6 qumbara 3240 patron tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ