Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Amazon” əlin içi ilə ödəniş etməyə imkan verəcək

“Amazon” əlin içi ilə ödəniş etməyə imkan verəcək

Tarix: 23 Yanvar 2020 07:32

"Amazon" şirkəti bir toxunuşla edilən ödənişləri yeni səviyyəyə qaldırmaq istəyir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən şirkət əlin içi ilə ödəniş etməyə imkan verəcək ödəniş terminalları hazırlamağı planlaşdırır. Bu haqda "The Wall Street Journal" yazıb.

"Amazon" yeni terminalları kafe, sürətli qidalanma restoranları və ticarət nöqtələrində quraşdırmağı planlaşdırır. Terminallardan ilk dəfə istifadə edərkən insanlar əlin içini skanerdən keçirəcək və biometrik məlumatları öz bank hesablarına birləşdirəcəklər. Bundan sonra onlar artıq bir toxunuş etməklə alış-verişin haqqını ödəyə bilərlər.

Milli.Az


Etiketlər:  Amazon əlin içi ilə ödəniş etməyə imkan verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ