Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadının qarnından 15 kiloqram şiş çıxardılar - FOTO

Qadının qarnından 15 kiloqram şiş çıxardılar - FOTO

Tarix: 23 Yanvar 2020 10:22

Rusiyada 20 il həkim müayinəsinə gəlməyən xəstənin qarnından 15 kq şiş çıxarıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Moskvada 15 saylı Şəhər Klinik Xəstəxanasının həkimlərinə 78 yaşlı qadın müraciət edib.

Bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qadın qarnında olan ağrılardan və ölçüsünün sürətlə böyüməsindən şikayətlənib.

Əməliyyat zamanı həkimlər onun qarnından 30 x 35 sm ölçüdə və 15 kq ağırlığında şiş çıxarıb.

Sonradan müalicəsini ginekoloji şöbədə davam etdirən yaşlı qadının səhhəti yaxşılaşıb.


Etiketlər:  Qadının qarnından kiloqram şiş çıxardılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ