Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əsgər Ələkbərov: İçərişəhər xüsusi status alıb

Əsgər Ələkbərov: İçərişəhər xüsusi status alıb

Tarix: 23 Yanvar 2020 12:12

Bakı.İlhamə İsabalayeva - Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov Bakının mərkəzi rayonunun yaradılmasına münasibət bildirib.

Trend-in məlumatına görə, Ə.Ələkbərov bu gün keçirdiyi mətbuat konfransında keçən ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səsləndirdiyini bildirib və qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır.

Ə. Ələkbərovun sözlərinə əsasən, Bakıda yeni mərkəz yaradılsa da, İçərişəhərin artıq özünün xüsusi statusu var.

O qeyd edib ki, 2005-ci ildən İçərişəhər Qoruğunun öz administrasiyası yaradılıb: "Bununla da İçərişəhər xüsusi bir status alıb. Bu, böyük bir statusdur. Ona görə də mən hesab elirəm ki, yeni mərkəzi rayon yaradılsa da, artıq İçərişəhərin özünün xüsusi statusu var”.


Etiketlər:  Əsgər Ələkbərov İçərişəhər xüsusi status alıb


RƏYLƏR