Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seçkidən əvvəl media monitorinqinin nəticələri açıqlandı - Trend ilk üçlükdədir

Seçkidən əvvəl media monitorinqinin nəticələri açıqlandı - Trend ilk üçlükdədir

Tarix: 23 Yanvar 2020 16:42

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin ölkə üzrə monitorinqi çərçivəsində fəaliyyətini davam etdirir.

Sonxeber.net Trend -ə istinadən xəbər verir ki, yazılı və elektron kütləvi informasiya vasitələrinin AVCİYA tərəfindən aparılan monitorinqi cari ilin yanvar ayının ilk 3 həftəsini (1-21 yanvar) əhatə edir. Monitorinqə "Azərbaycan", "Xalq qəzeti", "Yeni Müsavat", "Xalq cəbhəsi", "Şərq", "Bakı xəbər", "525-ci qəzet", "Yeni Azərbaycan" qəzetləri, eləcə də rus dilində nəşr olunan qəzetlər və saytlar - "Bakinskiy raboçiy", "Nedelya" qəzetləri, Minval.az, 1news.az, Zerkalo.az , Kaspiy.az, AZERTAC, APA, Trend, SƏS (rus dilində) informasiya agentlikləri daxil edilib. Monitorinqdə adı sadalanan KİV-lərdə seçki ilə bağlı xəbərlərin həcmi və təsnifatı yer alıb.

Monitorinqə cəlb etdiyimiz yazılı və elektron KİV-lərdə fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanın həcmi (1-21 yanvar 2020)

1-ci diaqramdan göründüyü kimi, monitorinq müddətində (1-21 yanvar 2020) seçki ilə bağlı informasiyaların ən çox getdiyi KİV-lər arasında liderlik "Azərbaycan" qəzetinə (167 xəbər) məxsusdur, sonrakı yerləri müvafiq olaraq Trend (91 xəbər) və AZƏRTAC (87 xəbər) informasiya agentlikləri tutur. Seçki ilə bağlı ən az informasiya isə "Bakinskiy raboçiy" (4 xəbər), "Nedelya" (3 xəbər) və "525-ci qəzet"də (7 xəbər) gedib.

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanın təsnifatı

(1-21 yanvar 2020)

2-ci diaqramda seçki ilə bağlı informasiyanın təsnifatı əks olunub. Monitorinqə cəlb etdiyimiz yazılı və elektron mediada parlament seçkiləri ilə bağlı 472 xəbər, MSK-nın 193 sənədi (Mərkəzi Seçki Komissiyasının qərarları), təbliğat xarakterli 71 material və 30 analitik yazı gedib.


Etiketlər:  Seçkidən əvvəl media monitorinqinin nəticələri açıqlandı Trend üçlükdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ