Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 20:08
2019-cu il dekabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 8681,5 milyon manat təşkil edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, əmanətlərin 54,1 faizi xarici, 45,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,0 faiz artıb, xarici valyutada əmanətlər isə 7,1 faiz azalıb.
Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,89 (1,90) manata, 100 Rus rubluna 2,70 (2,63) manata bərabər olub.