Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 20:20
Bakı. Elçin Mehdiyev- Trend:
2019-cu il ərzində Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 276,8 milyon manatlıq məhsul istehsal olunub.
Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 51,8 faiz, elektrik avadanlıqlarının istehsalı isə 1,1 faiz artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazlar 41,5 faiz, avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı isə 38,8 faiz artıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin