Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 08:28
ABŞ prezidenti Donald Tramp yanvarın 28-i İsrailin baş naziri Binyamin Netanyahu və müxalifət blokunun lideri Beni Qantsı Ağ Evdə qəbul edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "ABŞ prezidenti Donald Tramp yanvarın 28-i Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək. Beni Qants həmçinin prezidentin Vaşinqtona dəvətini qəbul edib. ABŞ-ı və İsraili yaxın tərəfdaşlıq bağlayır. Baş nazirin səfəri təhlükəsizlik sahəsində ümumi regional və milli maraqları müzakirə etmək üçün bir imkandır".