Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 22:04
"Boka Xunyors"un futbolçusu Karlos Tevez "Mançester Yunayted"ə qayıda bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb.
"Mankuniyanlar"ın argentinalı hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilir. Komandanın əsas hücumçularından oan Markus Reşfordun zədələnməsi klubun yeni forvard axtarışına çıxmasına səbəb olub.
35 yaşlı futbolçu bu mövsüm Argentina çempionatına 10 oyuna 3 qol vurub. O, 2007-2009-cu illərdə də "Mançester Yunayted"də çıxış edib.