Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piter Teys: ''Dünya İqtisadi Forumunun Bakıda regional mərkəzinin yaradılması Azərbaycanın böyük uğurudur''

Piter Teys: ''Dünya İqtisadi Forumunun Bakıda regional mərkəzinin yaradılması Azərbaycanın böyük uğurudur''

Tarix: 25 Yanvar 2020 10:12

Dünya İqtisadi Forumunun Bakıda afilə edilmiş regional mərkəzinin yaradılması Azərbaycan dövlətinin böyük uğurudur və Avropa və Asiyanın biznes liderləri üçün motivasiya rolunu oynayır.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə müsahibəsində amerikalı ekspert, beynəlxalq məsələlər üzrə strateji məsləhətçi Piter Teys deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son on ildə dünyanın aparıcı biznes liderləri üçün cəlbedici bir məkana çevrilib və dünya dövlətlərinin nümayəndələrinin ikitərəfli görüşləri, eləcə də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi və multikulturalizm, iqtisadi diplomatiya, Avropa ilə çoxtərəfli geosiyasi çağırışların müzakirə olunduğu bir ölkədir:

"Bu qərar Azərbaycanın milli iqtisadiyyatına olan etimadın göstəricisidir. Azərbaycanda iqtisadi artım, maliyyə sabitliyi, bank sektorunun inkişafı, neft-qaz hasilatının yüksək tempi iş yerlərinin artmasına xidmət edir. Həmçinin bu ölkədə etnik sabitlik və multikulturalizm hökm sürür".

P.Teys hesab edir ki, Azərbaycan ABŞ və Avropanın vacib müttəfiqi kimi xarici investisiya axınına şərait yaradır, ölkənin artan imici isə əhalinin maddi rifah səviyyəsinin yüksəlməsinə şərait yaradır.


Etiketlər:  Piter Teys Dünya İqtisadi Forumunun Bakıda regional mərkəzinin yaradılması Azərbaycanın böyük uğurudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ