Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Estoniya gimnastı: Bu cür dəstək və alqışlarla xalçaya çıxmaq çox gözəldir

Estoniya gimnastı: Bu cür dəstək və alqışlarla xalçaya çıxmaq çox gözəldir

Tarix: 17 May 2019 20:24

Bakı. Trend:

Bu cür dəstək və alqışlarla xalçaya çıxmaq çox gözəldir.

Bunu Trend-ə estoniyalı gimnast Viktoriya Boqdanova deyib.

O xatırladıb ki, bir neçə həftə əvvəl həmin zalda Dünya Kubokunda iştirak edib:

“Ona görə də çıxış etmək çox asandır. Mühit artıq mənə tanışdır. Topla hərəkətlərdə daha yaxşı çıxış etdim. Halqa ilə isə bir kiçik səhvə yol verdim. Sabah lent və gürzlərlə hərəkətlərdə çıxış edəcəyəm”.

Gimnast qeyd edib ki, tamaşaçılar hər bir gimnastı dəstəkləyir.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Estoniya gimnastı cür dəstək alqışlarla xalçaya çıxmaq çox gözəldir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ