Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 18:44
Bakı. Trend:
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 20-dən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra Türkiyəyə yardım təklif edib.
Trend-in məlumatına görə, bu barədə İran XİN-dən bildiriblər.
Bildirilib ki, Türkiyədəki zəlzələdən sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəli həmkarı ilə telefon danışığı zamanı İranda xəsarət alanlara lazım olan köməyi göndərməyə hazır olduğunu açıqladı.
M.C. Zərif baş verən hadisə ilə əlaqədar başsağlığı verib.
Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.
Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.
Ölənlər arasında azərbaycanlı yoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin