Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölüm riskiniz nə qədərdir? - ALİMLƏR AÇIQLADI

Ölüm riskiniz nə qədərdir? - ALİMLƏR AÇIQLADI

Tarix: 27 Yanvar 2020 05:33

Ürək döyüntüləri ilə ölüm riskini təxmin etmək üçün sinir şəbəkəsi hazırlanıb.

Sonxeber.net xəbər verir ki, 1 il ərzində ölüm riskini təxmin edən süni zəka ərsəyə gətirilib.

Pensilvaniyada yerləşən "Geisinger" Səhiyyə Sistemində Brendon Fornvoltun rəhbərlik etdiyi tədqiqatçılar, 1.8 milyon elektrokardioqramın (EKQ) ürək müayinəsinin nəticələrini öyrənmək üçün maşın təlim modellərindən istifadə edib.

Süni sinir şəbəkəsi, həkimlərin heç bir problem tapmadığı təqdirdə, ürək döyüntülərini analiz edərək bir il içində ölmə ehtimalını proqnozlaşdırmağa imkan verib.

Süni zəka, elektrokardioqram məlumatları əsasında hazırlanıb. Yəni, tədqiqatçılar hər bir pasientdən əldə ediləcək nəticəni əvvəlcədən bilirdilər.

Tədqiqat qrupu araşdırma nəticələrini bu ayın sonunda Amerika Ürək Dərnəyinin Filadelfiyada keçiriləcək sessiyasında təqdim edəcək. (publika.az)


Etiketlər:  Ölüm riskiniz qədərdir ALİMLƏR AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ