Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 14:58
“Barselona”nın zədəli futbolçusu Usman Dembele sağalıb.
Qol.az "AS" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu artıq komanda ilə birgə məşqlərə başlayıb.
Dembele 2019-cu ilin noyabrında, Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının qrup mərhələsinin matçında (3:1) zədələnmişdi. O, ötən il ərzində bir neçə dəfə zədələnərək vacib oyunlarda komandasına kömək edə bilməyib.