Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evə kişidən çox mən pul gətirirəm'' - Gülyanaq Məmmədova

''Evə kişidən çox mən pul gətirirəm'' - Gülyanaq Məmmədova

Tarix: 27 Yanvar 2020 17:45

Ziyanın (həyat yoldaşı - red.) işinin adı məni sevməkdir. Xanımına dəyər verməkdir... Onun da öz işi var. Türkiyə ilə bağlı iş qurub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "Ay Zaur" verilişində deyib. Həyat yoldaşı Ziyadan danışan müğənni gəlirindən bəhs edib. O, "Evdə kim çox qazanır" sualına belə cavab verib:

"Bizdə sənin-mənim söhbəti yoxdur. Evə mən çox pul gətirirəm. Toy adamıyam, niyə gizlədim. Arvad qazancı qapıdan asılan daşdır, kişinin başına dəyir. Ancaq bizdə belə fərq qoyulmayıb. Övlad böyüdürük, ikimizin barıdır. Bizdə sevgi, məhəbbət, dostluq cəmlənib, ailə olub".

G.Məmmədova bacısı Gülyaz Məmmədovadan danışıb. O bildirib ki, toy gəlirini bir yerdə yığırlar:

"Bizim büdcəmiz eynidir. Gəlirimizi bir yerə qoyur, bir də xərcləyirik".


Etiketlər:  Evə kişidən çox mən gətirirəm Gülyanaq Məmmədova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ