Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Tarix: 27 Yanvar 2020 20:10

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 23 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Milli.Az


Etiketlər:  Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR