Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 22:32
ABŞ-da koronovirusa yoluxan ilk insan robot tərəfindən müalicə olunub.
Sonxeber.net xəbər verir ki, 15 yanvarda Çinin Vuhan əyalətindən ABŞ-ın Sietl şəhərinə gedən sərnişində korona virusu aşkarlanıb. Dərhal xəstəxanaya yerləşdirilən və digər xəstələrdən uzaq tutulan 30 yaşlı xəstə hələ də sağalmayıb. Xəstəyə xüsusi robot baxıcılıq edir.
Belə ki, robot stetoskopdan istifadə edə bilir və xəstənin vəziyyətini ekranı vasitəsi ilə həkimlərə çatdırır. Hava limanında yoxlama nəticəsində məlum olub ki, həmin kişi ilə 43 insan ünsiyyət saxlayıb. Həmin insanlarda da virusun olub olmasını analiz edənə kimi həkim nəzarətində saxlanacaqlar. (ölkə.az)