Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2019 10:40
Bakı. Trend:
Yaponiyada dünyanın ən yaşlı cütlüyünün üzvlərindən biri Masao Matsumomto Takamatsu şəhərində vəfat edib. Ümümilikdə cütlüyün 210-dan çox yaşı var idi.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verir.
108 yaşlı kişinin ölümünə səbəb ürək çatışmazlığı olub.
Həmin vaxta qədər Masao və həyat yoldaşı Miyako 81 il 201 gün birlikdə yaşayıb.
Evli olduqları müddətdə onların beş qızı dünyaya gəlib. Masao və Miyakonun 13 nəvəsi və 25 nəticəsi var.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin