Tarix: 19 May 2019 16:00
Bu gün İspaniya La Liqasında sonuncu - 38-ci turun daha bir oyunu keçirilib.Qol.az-ın məlumatına görə, "Real" doğma meydanda "Betis"i qəbul edib. Görüş "kral klubu"nun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
İspaniya çempionatında 2018-2019 mövsümünə bu gün keçiriləcək "Eybar" - "Barselona" oyunu ilə yekun vurulacaq. Matç Bakı vaxtı ilə 18:15-də başlayacaq.
19 may (bazar)
"Real" - "Betis" - 0:2
Qollar: L. Moron, 61 (0:1), Xese, 75 (0:2)
Qeyd edək ki, bu məğlubiyyətdən sonra 68 xalda qalan "Real" mövsümü 3-cü pillədə başa vurub. Xallarını 50-yə çatdıran "Betis" isə çempionatı 10-cı sırada tamamlayıb.