Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 18:44
Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü keçirilib.
Trend-in məlumatına görə, görüşü açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, YAP seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir.
Deputatlığa namizəd Məşhur Məmmədov çıxışında partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib.
Görüşdə iştirakçılarından Əyyub Mehdiyev, Rəhimə Şahmirzəyeva, Mehdi Orucov, Şahüseyn Hüseynov, Ələkbər Dadaşov və başqaları çıxış edərək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin