Tarix: 19 May 2019 19:12
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov komandadan ayrılır.
Qol.az xəbər verir ki, bunu çalışdırıcı özü Azərbaycan kubokunun finalında “Qəbələ”yə uduzduqları oyundan (0:1) sonra “CBC Sport”a açıqlamasında deyib.
“Kuboku qazansaq da, iki gün sonra klub rəhbərliyi ilə görüşüm olacaqdı. Yəqin ki, bu, mənim komanda ilə son oyunum oldu” – deyə o qeyd edib.
Abbasov “Sumqayıt”ın Avroliqada çıxış etməyə hazır olmadığını da əlavə edib: "İndiki halda komanda buna hazır deyil. Bunun üçün bir qədər inkişaf etmək lazımdır".