Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekologiya və Təbii Sərvətlər naziri və müavini vətəndaşları qəbul edib

Ekologiya və Təbii Sərvətlər naziri və müavini vətəndaşları
qəbul edib

Tarix: 31 Yanvar 2020 12:03

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 31 yanvar 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəran və Astara rayonlarının vətəndaşlarını qəbul edib.

Trend-in məlumatına görə, qəbuldan əvvəl nazir və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə Salyan və Neftçala rayonlarının vətəndaşları ilə görüşüb.

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ekologiya Təbii Sərvətlər naziri müavini vətəndaşlarıqəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ