Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2019 08:36
Bakı. Trend:
Hindistanın Kanpura şəhərindən 15 kilometr aralıda sərnişin qatarının 12 vaqonu relsdən çıxıb.
Trend-in "NDTV" telekanalına istinadən verdiyi məlumata görə, vaqonların relsdən çıxması nəticəsində azı 13 nəfər xəsarət alıb.
Bildirilir ki, şərqdən Nyu-Deli və paytaxtdan şərq tərəfi istiqamətində hərəkət edən qatarlar təxirə salınıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Qatarın relsdən çıxmasının səbəbi barədə məlumat verilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin