Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 21:34
Qazaxıstanın "Kazatomprom" şirkəti dünyada uran satışında liderliyini qoruyur. Şirkətin vacib sahələri korporativ idarəetmə, əməyin mühafizəsi və ətraf mühitin qorunması məsələləridir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, şirkət istehsal və maliyyə məqsədlərini uğurla həyata keçirərək dünyada ikinci ildir uran satışında liderliyini qoruyub saxlayır.
"Qazatomprom" İdarə Heyətinin sədri Qalımjan Pirmatov ölkə başçısı Kasım-Jomart Tokayevə ötən il uran-mədən şirkətinin fəaliyyətinin əsas nəticələri və onun gələcək inkişaf planları barədə hesabat təqdim edib.
Qeyd edək ki, "Qazatomprom" ən böyük uran ehtiyat bazasına sahibdir.