Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 08:24
Keçən ilin noyabr ayında Motorola şirkəti öz ilk qatlana bilən smartfon modeli olan Motorola RAZR-ı təqdim etmişdi. Həmin vaxtda şirkət qeyd etmişdi ki, smartfonun satışlarına dekabr ayının sonunda start veriləcək. Lakin nəticədə onun satışları 2020-ci ilin əvvəlinə təxirə salındı. Həmin vəziyyət yenidən təkrarlanıb.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, 26 yanvar tarixində şirkət sözügedən smartfon üçün ön sifarişləri qəbul etməyə başlamışdı.
Smartfon hələ ki, ABŞ bazarında satışa çıxacaq və eksklüziv olaraq Verizon mobil operatorunda satışa çıxacaq. İlk öncə smartfonun satışları 6 fevral tarixinə planlaşdırılırdı. Lakin ön sifarişlərdən sonra şirkət smartfonun satışlarını 18 fevral tarixinə kimi təxirə saldı. Şirkət bu cür dəyişikliyin hansı səbəbə görə olduğu barəsində məlumat verməyib.
Qeyd etmək lazımdır ki, əvvəlki tarix dəyişikliyi smartfona olan yüksək tələbat səbəbilə baş vermişdi. Şirkət çoxlu sayda Motorola RAZR smartfonu istehsal edərək 6 fevral tarixində satışlara start verməli idi. Çox güman ki, ön sifariş göstəricilərinə nəzərə yetirərək şirkət anladı ki, istehsal olunmuş smartfon sayı bəs etməyəcək. Ola bilər ki, smartfona olan yüksək tələbat şirkətin bütün gözləntilərini üstələyib. Satış tarixinin dəyişdirilməsinin digər bir səbəbi kimi həmçinin yeni Motorola RAZR üçün qatlana bilən panellərin saylarının az olması da ola bilər.