Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 16:02
2020-ci ildə Azərbaycan futbolunda ilk rəsmi qol vurulub.
Qol.az xəbər verir ki, bu, Premyer Liqanın 15-ci turunun “Zirə” – “Sabah” matçında baş verib. Görüşün 45+2-ci dəqiqəsində meydan sahiblərinin yeni transferi Ağabala Ramazanov hesabı açmaqla yeni ildə ilk qolun müəllifi olub. Qol vurduqdan sonra Ağabala səcdə edib.
Qeyd edək ki, bununla A.Ramazanov həmçinin cari Premyer Liqada 4-cü qolunu vurub (daha 3 qolu “Səbail”də oynayarkən).