Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Telefon sahibindən xəbərsiz şəkil silir

Telefon sahibindən xəbərsiz şəkil silir

Tarix: 1 Fevral 2020 16:28

Android 9 əməliyyat sisteminin istifadəçiləri problemlə qarşılaşıblar.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, smartfon sahiblərinin şikayətlərini "SlashGear" nəşri işıqlandırıb.

İstifadəçilərdən biri Android 9 ƏS səhvi barədə hesabat dərc edib. Onun sözlərinə görə, telefonundan şəkillər silinməyə başlayıb. İstifadəçi dəqiqləşdirib ki, internetdən endirilən şəkillər endirim qovluğundan istənilən digərinə köçürülərkən sistem onları özbaşına silir.

İstifadəçi bildirib ki, digər qovluğa köçürülmə zamanı silinməyən şəkillər sadəcə açılmaya da bilər. "Endirim" sistem qovluğunun adı dəyişdirilərkən də eyni problem yaşanır. Həmçinin məsələ yalnız şəkillərdədir, digər endirilən faylları heç bir problem olmadan qovluqdan-qovluğa köçürmək olur.

"SlashGear" bildirir ki, problem "Doze" enerji qoruması rejimindəki baqla əlaqəli ola bilər. O, ilk dəfə 2015-ci ildə Android Marshmallow ƏS ilə birlikdə peyda olub. Google hələ ki problemi aradan qaldırmadığından "SlashGear" Android-in endirim qovluğundakı şəkillərin yerini dəyişməməyi məsləhət görüb.


Etiketlər:  Telefon sahibindən xəbərsiz şəkil silir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ