Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pəhrizsiz arıqlamaq üçün bunları yeyin - SİYAHI

Pəhrizsiz arıqlamaq üçün bunları yeyin - SİYAHI

Tarix: 1 Fevral 2020 19:33

Aylarla davam edən, üzücü dietaları unudun, ac qalmayın, idmanı da etməsəniz olar. Yetər ki, bu 5 qida qrupunu gündəlik yeyəsiz. Başqa heç nə. Sizə lazım olan bunlar və sudur. Məhz bu qrupa daxil olan qidalar, tərəvəzlər arıqlamağa kömək edir. Onları çiy, eləcə də müxtəlif cür bişirərək, qarışdıra bilərsiz.

Sonxeber.net medicina.az-a istinadən sizi əziyyət çəkmədən arıqladacaq qidalarınn qrupunu təqdim edir:
Tərəvəz və paxlalılar

Paxla dedikdə noxuddan tutmuş mərciyə kimi aiddir. Onlarda sabit nişasta var, bu da uzun müddət adamı tox saxlayır. Tərəvəzlərdə isə yağ, piy yoxdur, əvəzinə lif, su çoxdur. O da, sizi arıqladacaq. Sarı, yaşıl, qırmızı tərəvəzlərdan salat edin, bura lobya və ya mərci qatın. Paxlalıları bişirməzdən əvvəl islağa qoyun, bu köp yaranmasının qarşısını alacaq. Tərəvəzləri yağsız, qrildə bişirin. Salatlara mayonez yox, sirkə, limon suyu və ya zeytun yağı qatın. Ədviyyatı, sarımsağı, istiotu bol edə bilərsiz, piyləri əridər.

Taxıllar

Bərk buğdadan makaron növləri seçin. Onlar bağırsaqların mikrobiotunu yaxşılaşdırır. Səhərlər yulaf yarması sıyığı, üzərində çərəz və ya giləmeyvə ilə yeyin. Eləcə də qara düyü, bulğur, kuskus yeyə bilərsiz. Tez hazırlanan və hazır paket sıyıqlardan, fitnes qidalarından uzaq durun. Onlarda şəkər var. Çörək yemək istəyirsizsə kəpəkli qara undan özünüz çörək bişirin və ya suxarı yeyin.

Zülallı qidalar

Kİm nə deyir desin, ət, quş əti, yumurta, balıq, dəniz məhsulları, qoz və müxtəlif tumlar, toxumlar nə qədər kalorili olsa da, tutumlu olsa da kökəltmir. Toyuğu dərisiz yeyin. İşdə ovcunuzda qoz, badam olsun. Qozu doğrayıb alma lə yeyə bilərsiz. Zülal həm də bədən quruluşunu yaxşılaşdırır, dərini hamarlayır.

Süd məhsulları

Söhbət heç də bütün günü süd içməkdən getmir. Kefir, ayran, duzsuz pendir, kəsmik, süd zərdabı - bunlar amin turşular, kalsiumlə zəngindir. Evdə yoqurt hazırlayın. Qəhvəni südə qatıb içə bilərsiz, o da kaloriləri yandırır. Bu məhsullar bağırsaq mikroflorasını tənzimləyir.


Etiketlər:  Pəhrizsiz arıqlamaq üçün bunları yeyin SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ