Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibbdə istifadə edilə biləcək ilan zəhəri laboratoriyada hazırlandı

Tibbdə istifadə edilə biləcək ilan zəhəri laboratoriyada hazırlandı

Tarix: 1 Fevral 2020 22:06

Alimlər, daha asan və təsirli olması baxımından idarəli mühitdə zəhər hüceyrələri yaratmaq məqsədi qoyub. Bu məqsədlə əldə edilən hüceyrələrdən, tibbi məqsədlərdə istifadə edilə biləcək zəhər kisələri yaradıldı.

Tarixin əhəmiyyətli bir qisimi boyunca insanlar ilan zəhərini şəfa üçün istifadə etdi. Zamanla elm insanları, ilanlardan zəhər almağa çalışmaq əvəzinə, laboratoriya mühitində zəhər əldə etməyi seçdi. Bu məqsədlə aparılan araşdırmalar bəhrəsini verir.

Araşdırmaçılardan biri olan Niderlandın Utrext Universitetinin üzvü Hans Klevers, boyu 1 millimetrə qədər olan hüceyrə yığınlarının həm ilan zəhəri əldə etmək üçün bir qaynaq olduğunu, həm də ilan zəhərini biomedik komponentlərə çevirmək üçün istifadə edilə biləcəklərini deyir.

Klevers və qrupu, ilan yumurtalarından ya da evcil ilanlardan alınan zəhər kisəsi hüceyrəsi nümunələriylə işləyir.

Laboratoriyalarda ilan zəhəri çıxarıla bilməsi sayəsində ilan yetişdirilməsinə də ehtiyac olmayacaq. Bu anda istifadə edilən üsullarda yalnız bir neçə ilan növü fermalarda saxlanılır. Digər tərəfdən 600-ə qədər ilan növünün zəhərli olduğu təxmin edilir. Yəni əlimizdə çoxlu zəhər əleyhinə maddə növü yoxdur.

Hər hansı bir növün zəhərində 20-ə qədər bioloji olaraq təsirli komponent var. Bu zəhərlər ürək ritmini dəyişdirərək, sinir sisteminə təsir edərək ya da əzələləri iflic edərək işləyir. Klevers, fərqli növlərdən alınan zəhər kisələrini istifadə edərək böyük bir bioloji anbar meydana gətirməyi məqsəd qoyduqlarını ifadə edir.


Etiketlər:  Tibbdə istifadə edilə biləcək ilan zəhəri laboratoriyada hazırlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ