Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SSRİ-nin ən güclü 5 silahı - ABŞ jurnalı yazır

SSRİ-nin ən güclü 5 silahı - ABŞ jurnalı yazır

Tarix: 2 Fevral 2020 17:54

ABŞ-ın "Neşnl İnterest" jurnalı SSRİ-də istehsal olunan 5 ən möhtəşəm silahın siyahısını dərc edib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, siyahıda birinci yerdə 1947-ci ildə yığılmış "Kalaşnikov" avtomatı yer alıb. Məqalə müəlliflərinin fikrincə AK-4-nin əsas üstünlüklərindən biri onun yüngül, yığım və istifadəsinin asan olmasıdır.

İkinci yerdı "Tayfun" sinfindən olan sualtı raket kreyseri dayanıb. Onun ölçüsü ABŞ-ın "Los-Anceles" sinfindən olan zərbə sualtı qayığınıdan 3 dəfə, çəkisi isə digər sualtı qayıqlardan 10 ton ağır olub.

T-55 tankı gücü, yüksək səviyyəli müdafiəsi və hərəkətliliyinə görə, siyahıda 3-cü olub.

Jurnal 4-cü yerə "Ağ qu quşu" adını almış Tu-160 strateji bombardmançısını layiq görüb. Məqalə müəllifləri onun gecə və çətin hava şəraitində uçmaq qabiliyyətini yüksək qiymətləndiriblər. Bundan başqa təyyarə göyərtəsində 22 ton bomba daşıya bilir.

Siyahını 1938-ci il istehsalı 122 mm-lik haubitsa qapayır. Bu haubitsa 11.8 kilomrtrdən hədəfi məhv edə bilir.


Etiketlər:  SSRİ güclü silahı ABŞ jurnalı yazır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ