Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il 1,6 milyarda yaxın smartfon satılacaq

Bu il 1,6 milyarda yaxın smartfon satılacaq

Tarix: 2 Fevral 2020 22:08

Azərbaycanda mobil cihazların satışı üzrə 5,9% artım gözlənilir.

Bu il dünya bazarında smartfonların satışı ötən ilə nisbətən 3% artacaq.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda Gartner analitik şirkətindən məlumat yayılıb.

Məlumata görə, bu il ərzində 1,57 milyard mobil cihaz satılacaq: "Bəzi ölkələrin daxili satış artımı isə dünya bazarındakı artımdan çox olacaq. Məsələn, bu il Çin, Tayvan, Honkonqda 5,1% Asiya Sakit okean regionlarında 5,7%, Yaxın Şərq və Şimali Afrika ölkələrində smartfon satışı 5,9% artacaq".

Şirkət mütəxəssisləri bu il 5G şəbəkəsini dəstəkləyən 221 milyon mobil cihazın satılacağını da proqnoz edirlər.

Bu rəqəm ümumi mobil cihaz satışının 12%-nə bərabərdir: "Gələn il isə 5G şəbəkəsini dəstəkləyən mobil cihazların satışı 489 milyona çatacaq".

Proqnozdan belə məlum olur ki, 5G şəbəkəsini dəstəkləyən cihazların satışı sürətlə artacaq. Mütəxəssislərin fikrincə, artım əsasən 5G cihazlarını dəstəkləyən smartfonların 300 dollara satılması ilə bağlıdır.


Etiketlər:  milyarda yaxın smartfon satılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ