Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 15:25
Aktyor Fərda Xudarverdiyev sosial şəbəkədə ona tənqid və təhqir yazan şəxslərdən şikayətlənib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə "ATV maqazin onlarla" verilişində danışıb:
"Onlarda qan yerinə maşın yağı axır. Gecə-gündüz fikirləşirlər ki, kimisə söyüm. Biri yazıb ki, Fərdanı öldürərəm. İlahi, adam bu qədərmi çirkin olar? Dedim onda belə çıxır ki, sən Elməddini çiy-çiy yeyərsən. Məni öldürən adam ona nələr etməz? Qızdırıb şişlə dağ basar".
F.Xudaverdiyev "stand up"ı "özünəhörmət janrı" adlandırıb:
"Mənim rəqibim yoxdur. Rus və türk "stand up"larına baxıram. Bu, gözəl formatdır. Ən azından gəncləri bura cəlb etmək var. Otursun evində söhbət etsin, arvad yaylığı bağlayıb, ona-buna şillə vurmasın. 15-16 yaşlı uşaq dodaq boyası çəkir, üzünə xal qoyur. Bunu qurtarın da. Özünüzə hörmət edin".