Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 15:56
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan daha bir xəstə dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən görə, Şəki rayon sakini olan 1977-ci il təvəllüdlü xəstə yavarın 30-da ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində instituta qəbul olunub. Müalicələrə baxmayaraq xəstə fevralın 3-də saat 07.30-da dünyasını dəyişib.
Xatırladaq ki, fevralın 2-də adıçəkilən müalicə müəssisəsində 1983-cü il təvəllüdlü Quvba rayon sakini də xəstəlikdən dünyasını dəyişib.