Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qusarda itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb

Qusarda itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb

Tarix: 3 Fevral 2020 18:03

Bakı. Samir Əli - Trend:

İki gün əvvəl itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşmüş 14.04.2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qusarda itkin düşən yaşlı oğlanın meyiti transformatordan tapılıb


RƏYLƏR