Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Kulinarları Konqresə toplanır

Azərbaycan Kulinarları Konqresə toplanır

Tarix: 3 Fevral 2020 18:08

4 Fevral 2020-ci il tarixində 11:00-da Bulvar Oteldə "Azərbaycanın Kulinarlarının Konqresi" keçiriləcək,

Sonxeber.net xəbər verir ki, bu genişmiqyaslı tədbirin təşkilatçıları "Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birliyidir. Assosiasiya nümayəndələrinin sözlərinə görə, üç yüz iştirakçının iştirakı planlaşdırılan Konqres çərçivəsində müxtəlif təqdimatlar və mütəxəssislərin çıxışları keçiriləcəkdir. Bakı Ekspo Mərkəzində,  "World Food Azerbaijan" sərgisi çərçivəsində keçiriləcək "Qızıl Şah" Çempionatını xüsusilə qeyd etmək lazımdır. Konqresin qonaqları həmçinin Assosiasiyanın 2019-cu il üçün görülən işlərin hesabatı, Assosiasiyada korporativ iştirakın təqdimatı və 2020-ci il üçün təşkilat planları ilə tanış ola bilərlər. Azərbaycanın iki Kulinariya Assosiasiyasından biri olan "Azərbaycanın Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birlikdir. Aşpazların təşəbbüs qrupu əsasında yaradılan və rəsmi qeydiyyata alınan Assosiasiya 2019-cu ildə aktiv işlərə başladı. Assosiasiya ilk dəfə Azərbaycanda daxili aşpazlar çempionatını keçirdi, Chefs.az onlayn portalını istifadəyə verdi. Assosiasiyanın üzvləri müxtəlif beynəlxalq yarış və tədbirlərdə fəal iştirak edirlər, 2019-cu ildə Assosiasiya BƏƏ, Rusiya, Ukrayna, İtaliya, Fransa, Monteneqro, Şimali Makedoniya, Gürcüstan, Almaniya və s. kimi ölkələrdə keçirilən tədbirlərə qatıldı və milli qastronomiyanı təqdim etdi.

Assosiasiyanın fəaliyyəti haqqında daha çox məlumatı təşkilatın rəsmi veb saytında https://chefs.az/ əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az


Etiketlər:  Azərbaycan Kulinarları Konqresə toplanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ