Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 22:20
Daha çox qorxu janrları ilə dünyada geniş oxucu bazasına sahib olan amerikalı yazıçı Stiven Kinq "Facebook"dan ayrılmaq qərarına gəlib.
Sonxeber.net xəbər verir ki, yazıçı bu qərarını "Twitter" hesabından paylaşıb.
"Facebook"un siyasi reklamlarda səhv məlumatları blok etməməsinə reaksiya verən Stephen King paylaşımında ""Facebook"dan ayrılıram. Siyasi reklamlarda icazə verilən yanlış məlumat yığımı məni qane etmir və istifadəçilərin məxfiliyinin qorunması qabiliyyətinə də inanmıram" sözlərini yazıb.
Qeyd edək ki, Stiven King ""Facebook"dakı izləyicilərinə "İstəsəniz, "Twitter"də izləyin" mesajını da verib. (publika.az)