Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 08:58
Çinin Heyluntszyan əyalətinin Harbin şəhərində koronavirusa yoluxmuş qadın sağlam qız övladı dünyaya gətirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, qadın hamiləliyin 38-ci həftəsində olub. Pasiyentin vəziyyətinin getdikcə pisləşməsi səbəbindən uşaq qeysəriyyə əməliyyatı ilə götürülüb. Nəticədə dünyaya 3,05 kiloqram çəkisi olan qız dünyaya gəlib. Körpə dərhal karantinə yerləşdirilib, ondan koronavirusla bağlı götürülən lazımi analizlər mənfi nəticə verib.
Hazıra ana və övladının vəziyyəti "stabil yaxşı" qiymətləndirilir.