Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 09:44
Elazığda baş verən və 41 nəfərin ölümünə səbəb olan 6,8 ballıq zəlzələdə mərhum aktyor Kamal Sunalın da evinin dağılması xəbərləri təsdiqini tapmayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aktyorun xanımı Gül Sunal məlumat yayıb. O, dağılan evin aktyorla heç bir əlaqəsi olmadığını bildirib:
""Kamal Sunalın doğulduğu ev dağıldı" başlıqlı xəbərlər yayıldı. Tamamilə yanlış informasiyadır. Kamal Sunal Küçükpazarda doğulub. Zəlzələdə dağıldığı deyilən evlə əlaqəsi yoxdur. Zəlzələdə ölənlərə rəhmət, yaralananlara şəfa diləyirəm".