Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 12:20
ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı ifaçı Bahar Lətifqızı olub.
Sonxeber.net bildirir ki, müğənni bəzi sənət yoldaşlarının onun toy biznesinə mane olduğunu deyib:
"Bakıda 3 min 500 manata toya gedirəm. Məsələn, məni çağırmaq istəyən toy sahibi neçəyə getdiyimi soruşanda hansısa müğənni və ya prodüserdən soruşur. Ona deyirlər ki, Bahar xanım 5 min manata gedir. Sonra mənə deyirlər ki, sizi istədik, baha olduğu üçün vaz keçdik. Mən də deyirəm ki, 5 min görmüşəmsə, mənə lənət olsun".