Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mənim taylarımın 4-5 dənə restoranı var, heç nəyim yoxdur e'' - FOTO

''Mənim taylarımın 4-5 dənə restoranı var, heç nəyim yoxdur e'' - FOTO

Tarix: 4 Fevral 2020 13:50

4-5 veriliş yalvarır ki, evində çəkiliş edək. Deyirəm qurtardı.

Milli.Az xəbər verir ki, bunu Manaf Ağayev "Hər şey daxil"də bildirib.

Müğənni evinin görüntüsünü paylaşıb, göstərdiyi üçün onu qınaq obyektinə çevirənlərə də cavab verməyi unutmayıb:

"Veriliş evdə çəkilirsə, mən bunu gedim kimin evində çəkdirim? Özü də o qədər görməmiş kimi danışırlar, başa düşə bilmirəm, mən 35 ildir oxuyuram. Mənim evim ola bilməz ki? Nə böyük şeydir ki, bu?! Heç adını yaza bilməyən adamın məndən qəşəng evi də var, maşını da. Ay bala, mən Manaf Ağayevəm. 35 ildir çöllərdə qalıram. Gəzmədiyim ölkə yoxdur. Mənim taylarımın 4, 5 dənə restoranı, şadlıq evi var. Heç nəyim yoxdur e, yalandan bir quru evdir, bir maşındır. Guya ki, bizim də varımızdır. Amma olanda nə olacaq?"

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Mənim taylarımın dənə restoranı heç nəyim yoxdur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ