Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 17:40
İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah") komandirlərindən biri, general Asgar Paşapor öldürülüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasının saytı "iribnews" məlumat yayıb.
Məlumata görə, Paşapor ötən gün Suriyanın Hələb şəhərində müxaliflərlə baş verən atışma zamanı qətlə yetirilib.
Bildirilir ki, o, yanvarın 3-də ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülən İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah") "Quds" qanadının komandanı, general Qasım Süleymaninin dostu olub.