Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 04:30
Malayziya hökuməti koronavirusla bağlı cəmiyyətdə ajiotaj yaratmamağa çağırıb. Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, hökumət rəsmi şəkildə adıçəkilən virusla bağlı saxta məlumatın yayılmasında iştirak edənlərin cəzalandırılacağını bildirib.
Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib ki, son günlərə qədər saxta məlumat yaymaqda şübhəli bilinən altı nəfər saxlanılıb. Şübhəlilərin saxta xəbər yayması sübuta yetiriləcəyi təqdirdə onların cərimə olunacağı və ya həbs ediləcəyi gözlənilir.
Qeyd edək ki, bu günə qədər Malayziyada səkkiz nəfərin koronovirusa yoluxma halı müəyyən edilib və onların hamısının çinli olduğu bildirilir.