Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisə seçkilərlə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

Milli Məclisə seçkilərlə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

Tarix: 5 Fevral 2020 09:45

Bu gün Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Komissiyanın inzibati binasındakı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib və veb-kameraların quraşdırılması ilə bağlı son hazırlıq işləri ilə tanış olublar.

 

Azərbaycanda artıq 12-ci ildir ki, uğurla tətbiq olunan və seçki məntəqələrinə getmədən, internet vasitəsilə səsvermə prosesini birbaşa izləməyə imkan verən veb-kameralardan istifadə təcrübəsi cari il parlament seçkilərində də davam etdirilir. Seçki günü – fevralın 9-da seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi qaydada diqqət mərkəzində saxlanılır.

 

Seçki günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.

 

 

 

 




Etiketlər:  Milli Məclisə seçkilərlə əlaqədar kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ