Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qvardiola Noyeri yarımmüdafiədə oynatmaq istəyirdi"

Tarix: 5 Fevral 2020 10:40

“Manmester Siti”nin baş məşqçisi Pep Qvardiolanın “Bavariya”nı çalışdırarkən qapıçı Manuel Noyerlə bağlı maraqlı planı olub.

Qol.az xəbər verir ki, bununla bağlı Münhen klubunun idarə heyətinin sədri Karl Hayns Rummeniqe Almaniya mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, ispaniyalı mütəxəssis Noyeri  yarımmüdafiədə oynatmaq istəyib:

“Qvardiolanın Noyeri çempionluğumuzu rəsmiləşdirdiyimiz matçdan sonra yarımmüdafiəçi kimi meydana buraxmaq istəməsi hələ də yadımdadır. O, bunu mənə deyəndə, rəqiblərə hörmətsizlik olacağı üçün fikrindən çətinliklə də olsa daşındırdıq. Ancaq əminəm ki, Noyer meydanın mərkəzində də yaxşı çıxış edərdi”.

Qeyd edək ki, Almaniya millisinin kapitanı olan 33 yaşlı qapıçı 2011-ci ildən "Bavariya”da çıxış edir.
 


Etiketlər:  Qvardiola Noyeri yarımmüdafiədə oynatmaq istəyirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ