Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 17:40
Formula 1 üzrə Çin qran-prisi bu il keçirilməyə bilər.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, buna səbəb bu ölkədə koronavirusun yayılmasıdır. Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirus aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Beləliklə, yarışın təşkilinə yerli hakimiyyət rəsmən icazə verməyib.
Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Formula 1 rəhbərliyi hələ mərhələnin ləğvi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.